Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Ölkədə bütün qadınları sünnət etmək lazımdır”

Qaraçay-Çərkəsin müftisi qadınların əxlaqsızlıq probleminin həllini sünnətdə görür…

“İslam qanunlarına görə, Allah qadını dünyaya övlad gətirmək və uşaqlarını tərbiyə etmək üçün yaradıb. Sünnət qadının bu vəzifələrinə əsla təsir etmir”

Rusiya prezidenti yanında Dini İcmalarla Qarşılıqlı Fəaliyyət Şurasının üzvü, Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəsin müftisi İsmayıl Berdiyev Dağıstandakı ucqar kəndlərdə qadınların sünnət olunmasını “qadın sağlamlığı üçün təhlükəsiz ayin” adlandırıb.

“Din.az” “xalq.az”a istinadən  bildirir ki, o, “Qovorit Moskva” radiostansiyasına verdiyi müsahibəsində belə deyib.

Bu gün isə İ.Berdiyev “interfaks”a açıqlamasında bunları söyləyib:

“Ölkədə bütün qadınları sünnət etmək gərəkdir. Bütün dünyada belə etmək lazımdır ki, əxlaqsızlıq olmasın, seksuallıq və şəhvət azalsın. İslam qanunlarına görə, Allah qadını dünyaya övlad gətirmək və uşaqlarını tərbiyə etmək üçün yaradıb. Sünnət qadının bu vəzifələrinə əsla təsir etmir. Sünnət qadınların doğuşlarına da mane olmur. Sünnət qadında şəhvəti azaldır”.

Avqustun 15-də Rusiyadakı “Hüquqi təşəbbüs” hüquq-müdafiə birliyi hesabat yayaraq Dağıstandakı ucqar kəndlərdə qızların sünnət olunduğunu bildirib.

“Belə əməliyyatlar kustar, antisanitar şəraitdə aparılır. Bir qayda olaraq qızlar 3 yaşına çatmamış sünnət olunurlar. Dağıstanda deyirlər ki, bu “əməliyyat”ın məqsədi qadınların əxlaqsız davranışlarının qarşısını almaqdır”, – hesabatda deyilir.

İ.Berdiyevin bu açıqlamaları Rusiyada qalmaqal yaradıb və o, sözlərindən imtina edib…

“Dni.ru”ya bu gün verdiyi açıqlamasında o, belə söyləyib:

“Mən elə deməmişəm və bütün qadınları sünnət etməyə çağırmıram. İslamda bu şərt yoxdur və ümumiyyətlə, bütün qadınları sünnət etmək mümkün də deyil. Mən əxlaqsızlıq problemindən danışmışam və bu problemi həll etmək gərəkdir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...