Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ölkəmizdə dövlət-din münasibətləri uğurla tənzimlənir – Nizami Cəfərov

“Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub”.

Azərbaycanda dövlət-din münasibətləri uğurla tənzimlənir.

Din.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, Azərbaycanda dini və mənəvi azadlıq təmin olunub, bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini həyata keçirirlər.

“Təəssüf ki, dünyada, müxtəlif regionlarda din amilindən yanlış olaraq başqa məqsədlər üçün istifadə olunur. Amma Azərbaycanda belə bir problem yoxdur. Hər bir Azərbaycan vətəndaşı uğurlu dövlət-din modelini qorumalıdır. Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur. Bu modelin əsasında Azərbaycan xalqının xarakterik xüsusiyyəti kimi formalaşmış tolerantlıq və multikulturalizm kimi dəyərlər dayanır”-deyə N.Cəfərov vurğulayıb. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...