Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ölkəmizdə Qurban Bayramına hazırlıq gedirmi? – VİDEO

Ət kəsimi məntəqələrində vəziyyət necədir?

Sentyabrın 12-də və 13-də Qurban bayramının keçirilməsi ilə əlaqədar olaraq Bakı və Bakı ətrafı ərazilərdə, eləcə də regionlarda kəsim məntəqələri təşkil ediləcək. Antisanitar yerlərdə ət kəsiminə icazə verilməyəcək.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyir ki, bu işdə qurum üzərinə düşəni həyata keçirir, amma sahibkarlar özləri də təşəbbüs göstərməlidirlər.

Nazir müavini bildirdi ki, bu gün heyvanlar arasında, əsasən quduzluq, dabaq, brüsselyoz xəstəlikləri geniş yayılsa da hazırda vəziyyət stabildir. Kütləvi xəstəlik halları müşahidə olunmur, çünki heyvanlara mütəmadi vaksinlər vurulur.

QMİ də tövsiyyə edir ki, bu müqəddəs bayramda kəsilən qurbanlar baytarlıq və sanitar qayda-qanunlara ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir.

Həmçinin qurbanların uşaqların gözləri qarşısında kəsilməsi məsləhət deyil.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...