Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Olland ilk dəfə “İslamçı terror” dedi

Baş vermiş terror hadisə ilə əlaqədar Fransa prezidenti ilk dəfə “İslamçı terror” ifadəsini işlətdi…

Olland Nitsada yaşanan terror hücumundan sonra “Elysee” sarayından fransız xalqına səslənərək, “Bütün Fransa “İslamçı Terror”un təhdidi altındadır. Fransa, milli bayramı olan 14 iyulda, azadlığın simvolu olan bu gündə belə bir hücuma mərzu qaldı. Çünki insan hüquqları fanatiklər tərəfindən inkar edilir və Fransa bu səbəbdən onların hədəfinə tuş gəlir” deyə çıxış edib.

“Charlio Hebdo”dan sonra “İSLAM”ı vurğulamaqdan yayınmışdı…

Olland, “Charlie Hebdo” jurnalına edilən hücum, Montrougedə polislərə hücum və Porte de Vincennesdə supermarketdə yaşanan girov krizisi ilə bağlı 2015-ci ilin yanvar ayında verdiyi açıqlamada hücumların islam dini ilə əlaqəsi olmadığını söyləmişdi.

Fövqəladə hal 3 ay uzadıldı…

Olland, hücumdan bir neçə saat əvvəl verdiyi açıqlamada, ölkədə 13 noyabr 2015-ci il Paris hücumlarından sonra elan edilən fövqəladə halların uzadılmayacağını açıqlamışdı. Ancaq Nitsada yaşananlardan sonra fövqəladə vəziyyətin 3 ay uzadılacağını söyləyib. Baş nazir və əlaqədar nazirlər ilə keçirtdiyi toplantıdan sonra alınan qərarlara görə 26 iyulda sona çatacaq fövqəladə vəziyyət 3 ay da uzadılacaq. 10 min əsgər və polisin vacib məkanlarda müşahidəçilik xidmətləri davam edəcək. Ehtiyyatda olan əsgərlər çağırılacaq və sərhədlər də daxil olmaqla hər yerdə təhlükəsizlik qüvvələri təmin ediləcək.

İŞİD-ə qarşı əməliyyatlar artırılacaq…

Fransa prezidenti Fransua Olland, Suriya və İraqda davam edən İŞİD-ə qarşı əməliyyatları da artıracaqlarını bildirib.

3 günlük milli matəm…

Fransa prezidenti keçirdiyi toplantı zamanı 16, 17 və 18 iyul tarixlərində ölkədə milli matəm elan edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir