Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ölüm hökmündə lider olan ölkələrin sayı açıqlandı

“Amnesty International” təşkilatının statistikası…

“Amnesty İnternational” təşkilatı 2017-ci ildə dünyada narkotikə görə edam edilənlərin sayını açıqlayıb.

Din.az-ın məlumatına görə, ümumilikdə həyata keçirilən 993 ölüm cəzasından 272-si (27 faiz) narkotiklə bağlı olub.

Ən çox ölüm hökmü İran və Səudiyyə Ərəbistanında həyata keçirilib. Bununla belə, həyata keçirilən ölüm hökmlərinin sayına görə İran ikinci, Səudiyyə Ərəbistanı isə üçüncü yerdə qərarlaşıb. Liderlər sırasında həmçinin İraq və Pakistan da var. Bu dörd ölkəyə həyata keçirilən ölüm hökmlərinin 84 faizi düşür.

“Amnesty International” ilk pilləni Çinə verib. Lakin rəsmi Pekin ölüm hökmləri barədə rəsmi məlumat vermir. Bununla əlaqədar hesabatda qeyd olunur ki, təşkilatın göstərdiyi rəqəmlər dəqiq olmaya bilər.

Ölüm hökmləri ilə bağlı məlumatlar Vyetnam və Belarusda da açıqlanmır.

Hesabatda qeyd olunur ki, BMT-yə daxil olan 193 ölkədən 106-da ölüm hökmü ləğv edilib. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...