Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ölüm mələyin gözünü çıxardan Peyğəmbər…

İmam Buxarinin “Səhih” əsərindəki bu rəvayət necə doğru ola bilər?

Hədislərdə Musa peyğəmbərin canını almaq üçün gələn ölüm mələyinə yumruq ataraq gözünü çıxartdığı, mələyin isə Allaha üz tutaraq şikayət etdiyi iddia edilib:

“Ölüm mələyi Musanın yanına göndərildi. Yanına çatdıqda, Musa ona bir yumruq atdı (və gözünü kor etdi) və Rəbbinə geri qayıdıb “Məni ölümü istəməyən birinin yanına göndərmisən” deyərək şikayət etdi. Uca Allah çıxan gözünü yenidən ona verdi və “Get əlini bir öküzün belinə qoymasını de, əlinin altındakı hər tük üçün ona bir illik ömür verildi. Mələk gəlib vəziyyəti bildirdikdə, Musa soruşdu: “Sonra nə olacaq ey Rəbbim?” Uca Allah isə “Sonra öləcəksən” buyurdu. Bundan sonra  Musa dedi: “Bir halda ki, sonda ölüm var, o zaman elə indi ölüm” deyib Uca Allahdan onu müqəddəs məkana bir daş atılacaq məsafə qədər yaxınlaşdırmasını istədi. (Bunu çatdıran) Rəsulullah isə buyurdu: “Orada olsaydım, yol kənarında qırmızı qum təpəciyinin yanındakı məzarını sizə göstərərdim”.

Buxari, Cənaiz (23), babu mən əhabbəd-dəfnə fil-ərdil muqaddəsə va nahvihə (68), (1339); Əhadisul-Ənbiya (60), babu vəfəti Musa… (31), (3407); Muslim, Fədəil (43), babun min Fədəili Musa (42), (157)

Bəhs edilən rəvayətə hansı yöndən yanaşsanız, onun çox əsassız iddialardan ibarət olduğunu görəcəksiniz. Belə rəvayətlər Allahın dininin necə oyuncağa çevrildiyini göstərir. Bu rəvayətə görə Allah nə etdiyini bilmir, Musa canını almaq üçün gələn mələyin gözünü çıxarır, yəni Allahın hökmünə qarşı çıxır, buna baxmayaraq, Allah qərarını dəyişərək onun ömrünü uzadır.

game of thrones izle   – yabancı dizi izle – elektronik sigara satın al – 720p film izle

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...