Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Oman: Ərəb dövlətləri İsraili qəbul etməlidirlər

“Ərəb dövlətləri real dünyaya qayıtmalıdır”.

Bu bəyanatla Oman rəsmisi çıxış edib.

Din.az bildirir ki, İsrail ilə heç bir əlaqəsi olmayan Çad Respublikasının prezidenti İdriss Debinin İsrailə ilk səfərindən sonra Omanın xarici işlər naziri Səid Bədr bin Həməd əl-Busaidi olduqca gözlənilməz bəyanatla çıxış edib.

“Ərəb dövlətləri real dünyaya qayıtmalı və bütün hüquq və öhdəlikləri ilə İsrailin mövcudluğu faktını qəbul etməlidirlər.”, – deyə o, Romada baş tutmuş IV Yaxın Şərq forumunda çıxış edərkən bildirib.

Xatırladaq ki, İsrail rejiminin Baş naziri Binyamin Netanyahunun Omana səfərindən sonra, əl-Busaidi 1 ay qabaq da Bəhreyndə olarkən analoji bəyanatla çıxış etmişdi.

Qeyd edək ki, 1994-cü ildə İsrail və Oman arasında diplomatik münasibətlər qurulsa da, həmin münasibətlər 2018-ci ildə bərpa edilib. Ölkələrin bir-birilərini tanımasına baxmayaraq, 2008-ci ildə İsrail vətəndaşlarına Omana getmək qadağan edilmişdi. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...