Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İslam koalisiyasına qoşulan bir ölkə də artdı

Bütün dünyada terrorizmlə mübarizə genişlənir.

Oman dövləti Səudiyyə Ərəbistanının başçılıq etdiyi terrorizmə qarşı İslam koalisiyasına qoşulub.

“Din.az” APA-ya istinadən xəbər verir ki, Oman rəhbərliyi özündə 40 ölkəni birləşdirən alyansa üzv olmaq istədiyini bəyan edib.

Bununla bağlı Oman rəsmiləri Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda müraciət məktubu göndərib.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Səudiyyə Ərəbistanı terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərində yerləşir.

untitled-4-4

cae1113c0c1e47e4103fedc83b578c2cb1f115dd

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...