Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Omanda dünyanın ilk eko-məscidi açılacaq

Məsciddə 50-yə yaxın dindar ibadət edə biləcək.

Omanda yeni açılacaq eko-məsciddə 50-yə yaxın dindar ibadət edə biləcək.

“Din.az” “İslamazeri.az”a istinadən xəbər verir ki, dünyada ilk tam şəkildə “yaşıl enerji” ilə işləyən məscid yaxın zamanlarda Omanda istifadəyə veriləcək.

sultan-qaboos-grand-mosque

“Biz layihənin yaradılma işlərinin 90%-ni tamamlamışıq. Hazırda məscidin damında günəş panellərinin quraşdırılması işləri aparılır”, – deyə layihənin baş memarı Bədra əl-Hədabi bildirib.

O qeyd edib ki, məscidin tikilməsi üçün hökumətin icazəsini gözləyir. Məsciddə 50-yə yaxın dindar ibadət edə biləcək. Hədabi məscidin balaca olmasını məkan daxilindəki havanın kondisiyalaşdırılması üçün həddən çox enerjinin lazım olması ilə izah edib.

Hədabi əlavə edib ki, ölkədə istifadə edilən enerjinin böyük hissəsi kondisionerlərə sərf edilir. Mühəndis ümid edir ki, onun layihəsi Oman sultanlığındakı bütün tikinti sahəsi üçün model olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir