Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Omanın bu aviaşirkəti Azərbaycana reyslər açmaq istəyir

“SalamAir” aviaşirkəti Azərbaycana maraq göstərir.

Omanın “SalamAir” büdcə aviaşirkəti Azərbaycanı öz uçuş istiqamətləri siyahısına daxil etmək istəyir.

Din.az bildirir ki, daşıyıcı fevralın 28-dən İranın Şiraz şəhərinə reys istifadəyə verib, gələcəkdə isə Azərbaycan, Gürcüstan, Banqladeş və digər ölkələr istiqamətində uçuş coğrafiyasını genişləndirməyi planlaşdırır.

“SalamAir” İranın Tehran və Məşhəd şəhərlərinə də yeni reyslər açmağı nəzərdə tutur.

2016-cı ildə yaradılan aviaşirkət hazırda 9 istiqamətdə reyslər həyata keçirir. Donanması “Airbus A320-200” təyyarələrindən ibarətdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...