"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

On bir ayın sultanını efirə niyə buraxmadılar?

Share Button

Azərbaycan teıeviziyalarında vəziyyət göz qabağındadır…

Telekanallarımızın Ramazan “siyasəti” kütləvi narazılıq doğurub. Əhali müqəddəs ayda Türkiyə televiziyalarını seyr etməyə üstünlük verib.

“Din.az” “sputnik.az”a istinadən xəbər verir ki, dünya müsəlmanları daha bir Ramazan ayını geridə qoyub, bayramı qeyd edirlər. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda da müqəddəs ayı möminlər xüsusi sevgi ilə yaşayırlar.

Bəs, Ramazan ayı ərzində mediada, xüsusilə telekanallarda, bu ayın vəzilətləri ilə bağlı yetərli maarifləndirici proqramlar yayınlandımı? Ümumiyyətlə, Azərbaycan tamaşaçısı TV-lərin Ramazana ayırdığı zaman və keyfiyyətli verilişlərdən razıdırmı? Sputnik əməkdaşı bu suallara cavab tapmaq məqsədilə kiçik bir sorğu keçirib.

İlahiyyatçı Rəsul Mirhəşimli: “Azərbaycan telekanalları Ramazan ayı boyunca öz verilişlərini təqdim etdi. Ümumilikdə telekanallardakı verilişlərin keyfiyətini müzakirə etmədən demək mümkündür ki, bütün telekanallar Ramazan verilişləri hazırlamaq baxımından bir-birini geridə qoymaq istəmədi. Həmçinin, bu verilişlərdən kənar bir məsələ xüsusi əhəmiyyət kəsb edirdi və narahatlıq yaradırdı. Azərbycan — əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkədir. Telekanallar bu amili əsas götürüb, heç olmazsa, Ramazan ayının ibadətlərinə xatir, bircə ay da olsa, spirtli içkilərin reklamından imtina edə bilərdi. Hər şeydə maddi qazanc əldə etmək üçün mədəni dəyərləri heçə saymaq lazım deyil”.

Millət vəkili Fazil Mustafa: “Azərbaycanda bir Xəzər Televiziyası Ramazan bayramı münasibəti ilə verliş hazırlamışdı. Kütləvi bir proqram idi. Maarifləndirmə baxımından faydalı idi. Amma şəxsən mən Türkiyə telekanallarında nümayiş etdirilən Ramazan bayramına həsr edilən verlişlərə baxdım və bu verlişlərdən çox bilmədiyim şeyləri öyrənə bildim. Belə verilişlərin hazırlanması dövlət siyasətində nəzərdə tutulmalıdır. İmkan yaradılmalıdır ki, televiziyalar bu yöndə işlər görsünlər. Çox təəssüf ki, televiziyaların öhdəliyinə buraxılıb bu problem. Vəziyyət də göz qabağındadır”.

İdman yazarı Sərxan Musalı: “2016-cı il Azərbaycanda multikulturalizm ili elan olunsa da, ortada real nəticə görünmür. Bu il yalnız bir ciddi iş görüldü. “Şəhidlər” məscidi nəhayət ki, açıldı. Dini verilişlər də qənaətbəxş deyil. Əvvəllər “Space”də, İTV-də hər cümə dini veriliş olardı. İndi yalnız AzTV-dəki “Haqqın dərgahı” verilişi var. Dövlət istəsə, bu istiqamətdə böyük addımlar atılar. Türkiyə Avropaya bizdən bir köynək daha yaxındır. Amma onların əksər kanallarında Ramazan ayı boyunca dini verilişlər olur. Baxıb ibrət götürmək lazımdır”.

Prodüser Elvin Əli: “Bizim kanalların dini anlayışı qəribədir. Ramazanda və məhərrəmlikdə Hz.Yusif serialını yayınlayırlar, vəssalam”.

Jurnalist Оrxan Sübhan: “Şəxsən məni qane eləmədi. Əslində Ramazanla bağlı verilişlərin sayı elə də çox deyil. Cəmi 1-2 veriliş var. Keçən dəfə Xəzər televiziyasında Səbuhinin verilişinə baxdım 5 dəqiqə. Aparıcı sadəcə olaraq qonaqları yığıb başına, “nə var-nə yox?” edir. Mənə türk telekanallarında sırf dinlə bağlı söhbətlər daha çox maraqlıdır. Mənə hansısa müğənninin və yaxud da populyar insanın gündəlik həyatı maraqlı deyil. Ona görə də Azərbaycan telekanallarının Ramazanda efirə verdikləri heç bir verilişi bəyənmədim”.

Reklam meneceri İsgəndər Əsədov: “Televiziyalarda əvvəllər çox sayda belə verilişlər mövcud idi. Xəzər TV-də, ANS-də. Sadəcə sonradan bu verlişlər bağlandı və bir daha işıqlanmadı”.

MÜZAKİRƏ

1 şərh On bir ayın sultanını efirə niyə buraxmadılar? üçün

  1. Farid Rashid dedi:

    Azerbaycanca guya multikultural deyerlere sahıbdır. Yesinler senın kulturalini xezertv ıftar vaxtı verlısı var baxanda gülmelı mugenılerı ve savadsız meselen hacı sahin kımı dını dar olanları cagırırlar. Adama deyerlerkı ınsanları ramadanda mügenıler marıflendırecek??? Mugenıler agzının danısıgını bılmır ınsanları nece marıflendirecek maraqlidır!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir