Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Onlar Azərbaycanın məscidlərini yox edib, qəbir daşlarını söküblər”

Tənzilə Rüstəmxanlı: “Dünya haqlının yox, güclünün yanındadır”.

“Sabah o kilsələrin birindən bir daş düşsə, deyəcəklər ki, Azərbaycan kilsələri dağıdır”
Azərbaycanın işğal edilmiş torpaqlarında ermənilərin geniş tikinti işləri apardığı – xəstəxana, məktəb, uşaq bağçası, hərbi hissələr və s. inşa etdiyi məlumdur. Işğaldakı torpaqlarımızda ən çox inşa edilən obyektlərdən biri isə məhz kilsələrlə bağlıdır.

Son illər istər böyük şəhərlərdə, istərsə də kənd və qəsəbələrdə kilsə inşasına geniş vüsət verən ermənilər bununla həmin ərazilərin onlara məxsusluğu fikrini təlqin etməyə, gələcəkdə bu torpaqların “tarixi erməni torpaqları” olduğu yalanını əsaslandırmağa çalışırlar.

Bəs Azərbaycan işğaldakı torpaqlarını azad edəndən sonra həmin kilsələrlə necə davranmalıdır? Bu kilsələr erməni işğalının yadigarı, əyani nümunəsi olaraq saxlanılmalı, yoxsa qanunsuz tikililərdən biri kimi sökülməlidir?

Din.az bildiirir ki, Moderator.az-a açıqlama verən “Türk-Azəri” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı baş verənlərin təhlükəli tendensiya olduğunu vurğuladı:

“Ermənilərin işğal edilmiş torpaqlarda nə isə tikmək haqqı yoxdur. Bunlar Azərbaycan torpaqlarıdır. Ermənilər imperialist güclərin ərköyün uşağıdır. Buna görə də onların etdiklərinə göz yumurlar.

Onlar işğal edilmiş torpalqarımızda kilsələr tikməklə gələcəkdə öz iddiaları üçün əsaslı zəmin yaratmğa çalışırlar. Gələcəkdə deyəcəklər ki, bu torpaqlar erməni torpaqları olub və buna görə də burada belə kilsələr var. Biz övladlarımızın ürəyinə kin, nifrət toxumu səpmirik. Amma ermənilər öz saxta tarixləri, yalançı soyqırımlarını övadlarının da şüurunda oturdublar.

Sabah biz işğaldakı torpaqlarımızı geri qaytarsaq və o kilsələrdən bir kərpic düşsə, ermənilər bütün dünyaya car çəkəcək ki, Azərbaycan kilsələri dağıdır, dini ibadət yerlərini məhv edir. Hansı ki, onlar Azərbaycanın məscidlərini yox edib, qəbir daşlarını söküblər.

Dünya bu gün haqlının deyil, güclünün yanında durur. Onların arxasına aldığı qüvvələr güclü olduğu üçün ermənilərin arxasında dayanırlar. Yaşadığımız dünyanın reallığı bundan ibarətdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...