Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Onlar Türkiyənin güclənməsini istəmirlər – Rus ekspert

Suriyadakı saxta “demokratik qüvvələri” məhv etmək üçün müharibə başlayır.

Vaşinqtonun regionda əsas məqsədi Türkiyənin güclənməsinin qarşısını almaqdır.

Din.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert İldus Yarulin Sputnik-ə açıqlamasında deyib.

“Türkiyə prezidenti Suriyadakı saxta “demokratik qüvvələri” məhv etmək üçün müharibə başladıb. Bu qüvvələr Suriya lideri Bəşər Əsədə qarşı çıxanlardır. Bunlar Türkiyənin nəzarət etmək istədiyi bölgədə yer alır. İxtilafın çıxış nöqtəsi da buradır. Suriya böhranının sona çatmasını və Türkiyənin güclənməsini istəmirlər. Bunun üçün də tanklara və təyyarələrə qarşı istifadə edilə bilən sadə olmayan silahlara ehtiyac var”, – Yarulin bildirib.

Ekspert əlavə edib ki, ABŞ kürd dövləti planında Rusiya, İran, Türkiyə və Suriya da hədəf alınır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...