Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“ORDUMUZ HÜCUMA KEÇƏNDƏ, ERMƏNİLƏRƏ KİLSƏLƏRİ BELƏ KÖMƏK EDƏ BİLMƏYƏCƏK”

Ermənilər kilsələrindən hərbi məqsədlərlə istifadə edə bilərlər.

Dilavər Əzimli: “Erməni keşişləri tarixən kütləvi qətllərin ilhamvericisi olub”
Məlum olduğu kimi, ermənilər işğal edilmiş ərazilərdə turizm komplekləri, yaşayış binaları ilə yanaşı, həm də kilsələr inşa etməkdədir. Hansı ki, müharibə başlayacağı təqdirdə ermənilərin bu kilsələrdən hərbi məqsədlərlə istifadə edəcəyi ilə bağlı fikirlər səslənməkdədir.

Maraqlıdır, erməni kilsəsinin müharibə zamanı hərbi qərargah, hərbi anbar rolunda çıxış etməsi ilə bağlı tarixi faktlar var? Doğrudanmı biz erməni kilsələrinə həm də potensial hərbi obyektlər kimi baxmalıyıq?

Din.az bildirir ki, Moderator.az-a açıqlama verən BAO başqanının ideologiya üzrə müavini, pedaqoq və tarixçi alim Dilavər Əzimli erməni kilsəsinin tarixən terror yuvası kimi fəaliyyət göstərdiyini təsdiqlədi:

“Erməni kilsələri daim terror yuvası olmuşdur. Erməni keşişləri baş verən bütün qətllərin ilhamvericisidirlər. Tarixi olmayan, qatışıq qanlardan əmələ gələn və adı bəlli olmayan, sonradan Ərmən adını mənimsəyib özünküləşdirən bu qondarma xalq, yalnız terrora söykənməklə və iri dövlətlərin qucağına sığınmaqla dövlət yaradıb. Bu gün də eyni ssenarini davam etdirirlər. Onların kilsələri daima qətllərin, vəhşiliklərin həyata keçirilməsi ssenarisini hazırlayan qərargahlar rolunu oynamışdır. Bu gün Rusiyanın hesabına işğal etdikləri ərazilərdə kilsənin tikilməsində həm də bu məqsəd özünü açıq-aydın göstərir. Amma unudurlar ki, zaman onaların ziyanına işləyir. Biz torpaqlarımızın azad olunması uğrunda döyüşə başlayanda onların kilsələri belə köməklərinə gələ bilməyəcəkdir. Bir də onlar yalançı bir din yaratmaqla xristian aləminə də ləkə gətirirlər. Qədim alban kilsələrinə sahiblənən bu məxluqlar bu ərazilərdə törətdikləri hər bir qətlin bədəlini ödəyəcəklər”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...