Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Orqanlarını bağışlayanlara qəbir pulsuz veriləcək – QƏRİBƏ QƏRAR

Əsas məqsəd insanlar arasında ehtiyacı olanlara orqanların pulsuz verilməsi mədəniyyətini yayılmaqdır.

İranda öz orqanların pulsuz bağışlayan şəxslərə qəbir yerləri pulsuz veriləcək.

Din.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Orqan Köçürülməsi və Xəstəliklərin Müalicəsi şöbəsinin rəhbəri Mehdi Şadnuş informasiya verib.

O birdirib ki, bu addımı atmaqda səbəb insanlar arasında ehtiyacı olanlara orqanların pulsuz verilməsi mədəniyyətinin yayılmasına töhfə verməkdir.

Mehdi Şadnuş həmçinin, orqan verən şəxsin ailəsindən də bir nəfərə pulsuz qəbir yerinin veriləcəyini deyib.

Şadnuşun sözlərinə görə, proqramın ölkənin bütün bölgələrində həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İranda son dövrlər insanların kasıblıq üzündən daxili orqanlarını satdıqları ilə bağlı tez-tez xəbərlər yayılır. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...