Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ORTA ƏSR İSLAM İNCƏSƏNƏTİNDƏKİ HEYRƏTAMİZ HƏNDƏSƏ – ARAŞDIRMA

Orta əsərlərdə islam alimlərinin böyük riyazi bilikləri…

Harvard universitetinin doktorantı Peter J. Lu Özbəkistanı ziyarət edəndə bu səfərin riyazi əhəmiyyətindən xəbəri yox idi. Ancaq orada qarşısına çıxan İslam memarlığına aid 800 illik binalardakı “girih” adlandırılan mürəkkəb divar bəzəklərinin gözəlliyi qarşısında ovsunlandı. Harvarda qayıtdıqda kitabxanada qədim İslam əsərlərinin fotoları üzərində tədqiqiat aparmağa başladı və nəticədə bu əsərlərin altında böyük bir riyazi məlumatın yatdığını kəşf etdi.

Din.az Moderator.az-a istinadən Lunun apardığı tədqiqiatla bağlı bəzi məlumatları və əldə edilmiş nəticələri paylaşır:

İranda 1453-ci ildə tikilən Darb-i İmam məscidində olan kəmər bəzəkləri. Açıq mavi rəngli böyük beşbucaqlı formada olan girih döşəməsi, kiçik ağ beşguşəli isə daha kiçik girih döşəməsi ilə əldə edilib.

O vaxtın sənətkarları pergel və cədvəldən başqa vasitə tanımırdılar. Nəzəriyyədə bütün bəzəkləri cədvəl istifadə edərək qurmaq mümkün olsa da bəzəklərin nöqsansızlığı heyrətamiz səviyyədədir. Bəzəklərin birbaşa divara çəkildiyi fərz edilsə, kiçik səhvlərin yığaraq qabarıq hala gəlməsi və bəzəyin ölçüsünün pozulması qaçılmaz olardı. Ancaq nəhəng divarlarda belə ən kiçik xətaya rast gəlinmir. Bu da qədim sənətkarların sirr olub.

Kağız ilan və dart, Kainat döşəmə vahidləri.
İslam incəsənətinin bu sirli bəzəmələri Luya Kainat döşəməsini xatırlatdı. Kainat döşəmələri iki sadə şəkilin (kağız ilan və dart) yan-yana yerləşdirilməsi ilə əldə edilir. Bu iki şəkli yan-yana düzərək müstəvini təkrarsız şəkildə örtmək mümkündür.
Hər hansı bir Kainat döşəməsində örtmə böyüdükcə istifadə olunan kağızların sayının bumeranq sayına nisbətinin “Qızıl Nisbət” kimi tanınan saya yaxınlaşdığı sübut edilib. Bundan başqa, Kainat örtməsi beşli simmetriyaya malikdir. Bu simmetriya tərzinə malik bir şəkil 72 dərəcə qatlandıqda yenə eyni görünür. Misal olaraq, beş guşəli ulduz bu simmetriyaya malikdir.

Lu bitirmə tezisində kristalkimiləri (quasi cyristals) də araşdırıb. Kristalkimiləri Kainat tutumların üç ölçü davamı kimi hesab etmək olar. Kristallik quruluşlu materiallar heyrətləndirici xüsusiyyətlərə malikdir. Misal olaraq, metal kristalkimilər istiliyi yaxşı çatdırmazlar. Kristalkimilərdən istifadə edərək teflona bənzər sağlam və sürüşkən bir səthə sahib yapışmaz qablar istehsal edilir.

İslam əsərlərində hamısı da beş kənarlı simmetriyaya malik olan beşbucaqlı, onbucaqlı və ulduzlar yer alır.

15-ci əsrə aid, hazırda İstanbul Topqapı Müzeyində olan Teymur Türkmənlərinə aid bir kitab.

“Beş kənarlı simmetriya görən kimi beynimdə şimşək çaxdı. Dərhal şəkli hissələrə ayırmağa başladım” deyir Lu. Lu fotolar üzərində işləyərək bəzəklərin işlənməsini araşdırmağa çalışıb və bu zaman İstanbul Topqapı sarayında 15-ci əsrdən qalma memarlıqla bağlı qədim bir kitabın fotoşəkilini tapıb. Öz ifadəsilə bu kitab “qədim dövrlərə aid bir Autocad əl kitabı” kimiydi. Kitabda yer alan bir bəzəyin fotoşəkilində əsas hissəni təşkil edən tünd tonda çəkilmiş qırmızı və mavi cizgilər vardı. Əsl maraqlı olan, qeyri-müəyyən qırmızı xətlərlə yaradılmış ikinci bir iş idi ki, bu ikinci bəzək beş ayrı dekorativ hissəyə bölürdü. Bunlar bir ongen, bir beşbucaqlı, bir altıbucaqlı, bir kəpənək və bir də romb idi.

      

qızıl mədənini tapdı. İslam əsərlərinin fotolarına baxarkən bu bəzəklərin hamısının fərq edilməyəcək şəkildə eyni beş mənbədən yaradıldığını kəşf etdi. Li İslam memarlığının bu bəzəkləri divara çəkmək üçün beş əsas orqandan ibarət olan bir örtük sistemini yaradıldığını iddia edir və bu sistemə girih örtməsi adını verir. Beləliklə, bu mürəkkəb bəzəklərin xətasız olaraq nəhəng divarlara necə həkk edildiyinin sirri açılır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...