Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Orta məktəblərdə dinin tədrisi… – Təhsil naziri

“Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də “Həyat bilgisi” dərsliyində rast gəlmək mümkündür”.

Azərbaycanın orta məktəblərində dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb.

Din.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycanın təhsil standartları qanunvericiliyinə əsasən, orta məktəblərdə din fənninin tədrisi nəzərdə tutulmayıb: “Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dini tədrisi deyil. Müxtəlif dinlərlə bağlı məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də “Həyat bilgisi” dərsliyində rast gəlmək mümkündür”.

C.Bayramov qeyd edib ki, burada yenilik yoxdur: “2018-ci ildən etibarən yeni kurikulum sistemi tədris edilən müddətdən dinlə bağlı bilgilər yuxarıda adları sadalanan dərsliklərdə verilir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...