Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
i_7974

Ortodoks yəhudilər İsrail ordusuna etiraz etdi – FOTO

Share Button

“Qonşularımızın qanını tökməyəcəyik…”

Nyu Yorkda bir araya gələn Ortodoks yəhudilər İsrail ordusunun məcburi əsgərlik xidməti siyasətinə etiraz edib.

“İsrail ordusu mənəvi soyqırım edir…”

Manhettendə nümayiş təşkil edən bir qrup ortodoks yəhudi, İsrail ordusuna, zorakılıq kampaniyasına son verilməsi çağırışını edib. “İsrail ordusunun mənəvi soyqırım icra etdiyi” iddiasında olan yəhudilər, ordunun məcburi əsgərliyə getmək siyasətini tənqid edib.

“True Torah Jews” sözçüsü Aaron Jacobowitz, əsgərlik yaşına çatan yəhudilərin, atalarının mənəvi irsini qorumaq yerinə İsrailin zorakılığına qarşılıq vermək üçün məcbur edildiklərini söyləyib.

s_3208_1

“Qonşularımızın qanını tökməyəcəyik…”

Onlarla gənc yəhudinin vicdanları səbəbi ilə  həbsə atıldıqlarını bildirən Jacobowitz, “bu gün onlar azadlığa buraxılana qədər dayanmayacağımızı dünyaya qışqırmaq üçün burdayıq” deyib.

Jacobowitz, “qonşularımızın heç birinin qanının tökməyəcəyik. Kimə və ya nəyə qarşı olursa olsun, İsrail hökuməti və ordusunun heç bir fəaliyyətində iştirak etmək istəmirik” fikirlərini səsləndirib.

Özlərinə məxsus xüsusi geyimlər geyinən 100 nəfərlik etirazçı qrup daha sonra münaqişəsiz dağılışıb.

s_1727_2

l_941

j_5325

i_7974

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top