Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ortodoks yəhudiləri Rəsulzadənin sözləri ilə Türkiyəyə dəstək verdi: “Ərdoğan, biz səninləyik”

“Biz NATO və digərlərinə qarşı Türkiyənin yanındayıq”.

ABŞ-ın sionizm əleyhdarı ortodoks yəhudiləri Türkiyənin Suriyadakı terrorçulara qarşı həyata keçirdiyi “Barış Pınarı” hərəkatına dəstək veriblər.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, Ortodoks yəhudilərindən Şaul Ben Kiş özünün “Tvitter” hesabında BMT binası qarşısında türk bayrağının dalğalandırıldığı aksiya keçirdiklərini yazıb:
“Biz Tövrat yəhudiləri bütün dünyaya baxmayaraq, Prezident Ərdoğanın Suriyada başlatdığı əməliyyatla bağlı türk insanının və hökumətinin yanında dayanırıq. Bir kərə yüksələn bayraq bir daha enməz! Türkiyə gələcəkdə süpergüc olmaq istiqamətində gedir”.

Kiş digər bir paylaşımında türk əsgərinə salam göndərib:

“Biz NATO və digərlərinə qarşı Türkiyənin yanındayıq. Əlimizdə türk bayrağını dalğalandırmaq qürurdur. Prezident Ərdoğan, dik dur, biz səninləyik. Biz Türkiyəni sevirik”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...