Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Oruc tutan həkimlər yaralıya baxmaqdan imtina etdi, xəstə öldü

Həkimlər oruc tutduğu üçün üst-başı çirkli olan oğluna tibbi yardım göstərməyib.

Pakistanda oruc tutan həkimlər yaralıya tibbi yardım göstərməkdən imtina ediblər, nəticədə isə həmin şəxs ölüb.

Din.az “Lent.az” istinadən xəbər verir ki, oruclu həkimlərin xəstəyə baxmaqdan imtina eləməsinin səbəbi isə onun kanalizasiya işçisi olduğu üçün üstünün çirkli olması olub.

30 yaşlı İrfan Masif 3 iş yoldaşı ilə birlikdə kanalizasiya təmizləyirmiş. Bu zaman onun ürəyi gedib. Təcili yardım vasitəsilə xəstəxanaya aparılan İrfan Masifə çirkli olduğu üçün həkimlər müdaxilə etməyib. Bunun nəticəsində 30 yaşlı kanalizasiya işçisi dünyasının dəyişib.

Ölən şəxsin anası mətbuata açıqlamasında bildirib ki, həkimlər oruc tutduğu üçün üst-başı çirkli olan oğluna tibbi yardım göstərməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...