Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Oruc tutan şəxs hansı halda dərman və iynədən istifadə edə bilər?

Boğazdan keçən hər bir şey orucu pozur.

Məlumdur, ki oruc tutan şəxs yemək və icmək kimi işlərdən uzaq olmalıdır. Yəni boğazdan hecnə keçməməlidir. İnsan heçnə udmamalıdır.

İnsanın xəstələnməsi, kəskin ağrılar hiss eləməsi qaçılmazdır. Bu hallarda oruc tutan nə etməlidir? Hansı hallarda iynə və dərmanlardan istifadə edə bilər?

Din.az “İslaminSesi.info”-ya istinadən bildirir ki, alimlərin yekdil rəyinə əsasən, nə olmasından asılı olmayaraq, boğazdan keçən hər bir şey orucu pozur. Səhhətinin icazə verdiyi qədər gündüz dərmanlardan istifadə etməsin. İnsan mümkün qədər səy etsin ki orucunu pozmasın. Məcbur olub istifadə edərsə artıq orucunu pozmuş olur.

Ağrı kəsiçi və müalicəvi iynələrdən istifadə olunmasına gəlincə, ümumi rəy budur ki, bu iynələrdən istifadə etməyin hec bir maneəsi yoxdur.

Amma qida əvəz edici və qüvvətləndirici iynələrə gəlincə isə icazə verilmir. Yalnız Ayətullah Cavad Təbrizi və Ayətullah Sistani quvvətləndirici iynə və sistemlərdən istifadə etməyin icazəli olduğunu bildirib.

Qeyd; Ayətullah Sistani təng-nəfəslik əleyhinə istifadə olunan aspiratordan istifadə olunmasını icazəli bilir. Bir şərtlə ki qabarcıqlar ağ ciyərə getsin.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...