Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Oruc tutanlar imsak və iftarda kolbasa-sosis yeyə bilər? – AÇIQLAMA

Ramazanda insanları ən çox düşündürən əsas mövzular …

Bu gün artıq Ramazan ayının 10-cu günüdür. Məlum olduğu kimi, orucu pozan bir sıra amillər var ki, bunlara cinsi yaxınlıq, su və yemək və s. aiddir. İnsanları düşündürən əsas mövzulardan biri isə budur ki, iftardan sonra kolbasa, sosis məhsullarından istifadə etmək olarmı?

Din.az-ın xəbərinə əsasən, ilahiyyatçı Elşad Miri Modern.az-a açıqlamasında bildirib ki, iftardan sonra haram olmadığı təqdirdə hər şey yemək olar. Həmçinin, kolbasa və sosis məhsullarının halal növləri də bura daxildir.

“Mənə bəzən sual verirlər ki, saqqız çeynəmək orucu pozurmu? Orucun mahiyyəti kənarda qalır, insanlar sadəcə suallar üzərində düşünürlər. Bizim bir müəllimimiz var idi. Tələbələrdən biri sual verdi ki, oruc halda suya girmək orucu pozur? Müəllimin o cavabı hamımızı qane elədi: “Su sənə girmədiyi təqdirdə oruc pozulmur””.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...