Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Oruc tutanlar necə qidalanmalıdır? – VİDEO

Susuzluq yaradan qidalardan uzaq durmaq lazımdır

Bir yandan isti hava, digər yandan da günün uzunluğu oruc tutanları xeyli sınağa çəkir.

Oruc tutanlar təxminən 17 saat ac qalırlar. Diyetoloqlar deyirlər ki, gün ərzində susuzluğun qarşısını almaq üçün sahurda duzlu və ağartılı məhsullardan uzaq durmaq lazımdır. Bunun əvəzinə isə bol-bol su və meyvə qəbul etmək məsləhətdir.

Susuzluğun qarşısı almaq üçün sahurda yağlı və qızardılmış yeməklərdən, eləcə də kolbasa, sosis və hisə verilmiş məhsullardan uzaq durmaq lazımdır. Eyni zamanda şəkərli qidalar da mümkün qədər az yeyilməlidir. Qay, kofe, qazlı içkilər də olmaz, çünki bu mayelər susuzluğa səbəb olur.

“Din.az” oruc tutan xalqımızın sahurda və iftarda necə qidalanmalarını videosüjetdə təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...