Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Oruc tutmağın daha bir faydası aşkar edildi

Ac qalmaq bağırsaq kök hüceyrələrinin sürətlə bərpasında mühüm rola malikdir.

ABŞ-ın Massaçusets Texnologya Universitetinin bioloqları oruc tutmağın faydaları ilə bağlı maraqlı araşdırmaya imza atıblar.

Din.az xəbər verir ki, bioloqlar, ac qalmağın bağırsaq kök hüceyrələrinin sürətlə bərpasında təsiredici gücə malik olduğunu sübut ediblər.

Araşdırma siçanlar üzərində aparılıb. 24 saat ac saxlanan siçanlarda kök hüceyrələrinin sürətlə bərpa olunduğu müşahidə olunub.

Araşdırmaçı qrupunda yer alan türk alim Ömər Yılmaz və amerikalı Deyvid Sabatini oruc sayəsində kök hüceyrələrinin yağ turşusuna keçərək funksiyalarını sürətləndirdiyini qeyd ediblər. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...