Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Oruc tutmağın faydaları – Necə qidalanaq?

İnsanlığa hədiyyə edilən cismani və mənəvi şəfa ayı …

Ramazan ayı müsəlmanlar üçün çox özəl və əhəmiyyətlidir. Bu ay əslində bütün insanlığa həm cismani, həm də ruhi şəfa ayı kimi hədiyyə edilib. Bu ay nəfsə sahib olmaq, gözəl düşünmək, fiziki olaraq təmizlənmək və s. kimi bir çox duyğunu özündə daşıyır.
Oruc tumağın bədənə nə kimi faydaları var? Biz oruc tutmaqla orqanizmimizi istirahət elətdirir, detoks effekti yaratmaqla daha aktiv işləməsinə şərait yaradırıq. Uzun müddət ac qaldıqda leptin hormonu fəaliyyətə keçir, iştahımızı idarə edir və vücudumuzun təmizlənmə vaxtı başlayır. Yəni bunun üçün ac qalmaq mütləq şərtdir.
Ən əvvəl sahurda mədəmizi doldurmaq əvəzinə doğru seçimlər edərək həm doymaq həm də susuzluğumuzun qarşısını almalıyıq. İftarda isə uzun müddət ac qaldığımıza görə tez-tez və çox yemək əvəzinə çox çeynəmək şərtilə yüngül yeməklər yeməliyik.

Bu ip uclarına diqqət edilsə daha yaxşı olar.

1. Sahurda istifadə edəcəyiniz yağlar təmiz olmalıdır. ( məsələn: çiy fındıq badam, zeytun)

2. Pendir və digər duzlu ağartı məhsulları, bal, mürəbbə, kolbasa, sosiska kimi qidalarıda sahurda istifadə etməyin

3.Sahurda gün boyu susamamaq üçün içdiyiniz artıq suyun vücudunuza heç bir faydası yoxdu. Burda önəmli olan sahurda vücudunuzdan su atmağa kömək edəcək qidalar yemək, iftardan sahura qədər yetərli miqdarı içə bilməkdir.

4. İftarda bol-bol tərəvəz meyvə yemək həzmi daha asan edəcək.

5.Çox çeynəmək və yavaş-yavaş yemək qəbizlik, şişlik kimi problemləri aradan qaldıracaq.

6. Həkim məsləti ilə ala biləcəyiniz vitaminlər bu ayda sizin enerjinizi qoruyacaq. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...