Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Oruc tutmağın gözə xeyri var…”- Tanınmış oftalmoloq…

Oruc tutmağın gözə təsiri haqqında …

Müsəlman aləmində hər il olduğu kimi, bu il də Müqəddəs Ramazan ayına qədəm qoyduq. İnsanları ən çox düşündürən isə səhhətində problemi olan xəstələrin oruc tutmasıdır. İlahiyyatçılar bununla bağlı İslam dinində olan şərtlərə uyğun olaraq səhhətində problemi olan insanların oruc tutmasının şərtlərini sadalayırlar. Bu gün ölkəmizdə ən çox yayılan isə göz xəstəlikləridir. Bəs gözündə problemi olan insanların oruc tutması onların sağlamlığına mənfi təsir göstərə bilərmi?

Din.az bildirir ki, Moderator.az-ın sualına cavab verən tanınmış oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur qeyd edib ki, oruc tutmağın gözə nəinki ziyanı yoxdur, əksinə, xeyri var:

“Oruc tutmağın gözə heç bir ziyanı yoxdur, əslində xeyri var. Din xadimləri gün ərzində oruc tutan göz xəstələrinin göz damcılarından istifadə etməsinin orucu batil etmədiyini bildirirlər. Amma bundan narahat olan xəstələr göz damcılarından iftarda və imsakda istifadə edə bilərlər. Bu vaxt ərzində gözdə heç bir problem yaranmaz. Oruc tutmağın xəstə gözə də, sağlam gözə də xeyri var. Ona görə də gözündə problemi olan insanlar çəkinmədən öz oruclarını tuta bilərlər”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...