Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Orucluqdan sonra necə qidalanmalı? – VİDEO

Düzgün qidalanmaya riayət edilməsə, həzm sistemində ciddi problemlər meydana gələ bilər.

Artıq mübarək Ramazan ayını geridə qoyduq. Milli.Az bildirir ki, orqanizm bir ay ərzində ac və susuz qalmağa öyrəşdi. İndi isə bayramı qeyd edirik. Süfrələr yenə naz-nemətlərlə dolacaq. Bəs oruc tutandan sonra qidalanmaya necə diqqət etməli?

Din.az bildirir ki, mütəxəssislər də bu məqamda xəbərdarlıq edirlər. Əgər ramazandan sonra düzgün qidalanmaya riayət edilməsə həzm sistemində ciddi problemlər meydana gələ bilər.

Bayramda əsasən şirniyyatlardan, qazlı içkilərdən və ağır yeməklərdən uzaq durmaq lazımdır. Çünki bu növ qida və içkilərə insan orqanizmi daha həssas olduğu üçün diqqətli olmaq tələb olunur.

Onu da qeyd edək ki, qidanı birdən-birə artırmaq sağlamlıqda problemlər yaratmaqla yanaşı sürətli artıq çəkiyə də səbəb ola bilər. / Xezerxeber.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...