Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Orucun şəkər xəstəliyinin qarşısını almaqda müstəsna rolu

Orucun əhəmiyyəti haqqında …

ABŞ-ın kardiologiya institutunun mütəxəssislərinin keçirdikləri araşdırmanın nəticəsində məlum olub ki, yeməkdən pəhriz edən zaman insan orqanizmində müsbət bioloji proses baş verir. Bu bioloji proses nəticəsində insan orqanizminin piy hüceyrələrindən olan zərərli xolesterin enerjiyə çevrilir.

Din.az bildirir ki, ABŞ-ın diabet assosiasiyasının San-Fransisko ştatında keçirdikləri iclasda mütəxəssislər bildiriblər ki, bu proses insanlarda post-diabet vəziyyətlərdə diabet amilləri ilə mübarizə aparmağa kömək edir.

 

Mütəxəssislərin keçirdikləri təhqiqatda 30 yaşından 69 yaşınadək xanım və kişilər iştirak ediblər. Təhqiqatda iştirak edən bütün insanların qan dövranı sistemində qlükoza miqdarı normadan artıq olub. İnsan 10-12 saat ac qalandan sonra orqanizm enerjini alternativ mənbələrdən axtarmağa başlayıb. Araşdırmaçılar bildiriblər ki, orqanizm pəhriz zamanı piy hüceyrələrində mövcud olan xolesterindən enerji əldə edib.

Qeyd edək ki, piy hüceyrələrində olan xolesterin insanın diabet xəstəliyinə yoluxmasına səbəb olur. Lakin, bu piy hüceyrələrində xolesterin orqanizmdə baş verən proses zamanı enerjiyə çevrilməsi diabet xəstəliyinə yoluxma riskini ciddi şəkildə azaldır.

ABŞ-ın “Intermountain Medical Center” kardiologiya institutunun genetik epidemiologiya və kardioboru xəstəlikləri bölməsinin direktoru Benjamin Horn bəyan edib ki, bu tədqiqatın nəticəsi olaraq məlum olur ki, oruc tutmaq ciddi şəkildə diabet xəstəliyinin qarşısını alır. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...