Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Orucun həzm sisteminə təsiri çoxdur – VİDEO

Oruc tutmaqla həzm sistemi ildə bir ay dincəlir

Bir çoxları orucun ziyan olduğunu qeyd edirlər.Təbii ki, belə bir şey mümkün deyil.Bunu həm tibb, həm də Avropa alimləri təsdiq edir. Hal-hazırda bir çox araşdırma mərkəzlərində orucla bərabər dəstəmaz-namazın faydaları öyrənilməkdədir. Almaniyada açılmış bir sıra klinikalarda bəzi xəstəliklər oruc vasitəsilə müalicə olunur.

1940-cı ildə Nobel Tibb mükafatını alan məşhur elm xadimi Dr.Alexis Carrel “L`Hamme,Cet İnconnu” adlı əsərində: “Oruc zamanı bədənimizdə yığılmış qida maddələrinin istifadə edildiyini, sonradan bunların yerinə yenilərin gəldiyini, beləcə bütün bədəndə bir yenilənmə olduğunu və orucun sağlamlıq baxımından çox faydalı olduğunu” söyləmişdir.

Həkimlərin müəyyənləşdirdiyinə görə, orucun həzm sisteminə təsiri fövqəl dərəcədə böyükdür. Ağız, tüpürcək vəzləri, udlaq, qida borusu, mədə, 12 barmaq bağırsaq, qaraciyər, mədəaltı vəz kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir kompüter kimi fəaliyyət göstərməkdədir. Avtomatik surətdə idarə olunan bu sistem gün ərzində uzunmüddətli iş rejiminin, əksər hallarda əsəbləşmənin və düzgün qidalanmamağın nəticəsində taqətdən düşür və öz həyati funksiyalarını lazımınca yerinə yetirə bilmir.

Oruc tutmaqla həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə olunur. Maraqlısı bundadır ki, orucdan başqa digər pəhrizlər yuxarıda dediklərimiz baxımından kifayət deyil. Çünki hətta 10 qramlıq bir maddənin belə orqanizmə daxil olması həzm sistemini hərəkətə gətirir, bu mənada demək olar ki, məhz oruc sayəsində həzm sistemi dincəlir.

Müəyyən olunub ki, orucun qaraciyərə başqa bir təsiri qan vasitəsilədir. Qaraciyərin ən mühüm funksiyalarından biri qəbul edilən qida ilə ifraz olunan qida arasında müvazinət yaratmaqdır. Bu baxımdan oruc tutularkən gündüzlər qida qəbul olunmadığından qaraciyər istirahət edir və bu müddət ərzində immunitetin güclənməsinə səbəb olan həyati əhəmiyyətli qlobinlər hazırlayır.

Sən demə, başqa aclıq hallarından fərqli olaraq, Ramazan ayında niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı da dayanır. Bu isə öz növbəsində mədənin dincəlməsinə və həzm sisteminin yaxşılaşmasına səbəb olur.

Oruc tutmağın bağırsaqların fəaliyyətində oynadığı müsbət rolu da qeyd etmək lazımdır. Çünki oruc tutarkən, bağırsaqlar şirə ifrazını dayandırır və bağırsaqların hərəkət edən əzələləri istirahət edir. Bağırsaqların daxili divarları altında mühafizə sisteminin bir hissəsi olan xovların yerləşdiyini bilirik. Oruc sayəsində həmin xovlarda sözün əsl mənasında bir təftiş (həyəcan) həyata keçirilir.

Oruc və onun faydaları ilə bağlı geniş elmi araşdırmalar aparan doktor Bertholef “Oruc – bıçaqsız əməliyyatdır” demişdir

Professor Əl-Ravi qeyd edir ki, “Oruc bədənin xəstəliklərə qarşı müqavimətini artırır və müasir tibb elmi orucdan xəstəliklərə qarşı qoruyucu vasitə və bir dərman kimi istifadə etməkdədir”.

Dünya şöhrətli professor Vidfor Rayxetin fikirincə: “İlin müəyyən vaxtlarında müsəlmanlar kimi oruc tutun. Çox vaxt ac qalıb ərik suyu için ki, mədəniz dincəlsin”.

Alman həkimi Day Zayt deyir: “Bizim hələ yenicə “kəşf etdiklərimiz” hələ 1400 il əvvəl Qurani-Kərimdə orucla əlaqədar ayələrdə verilmişdir. Müqəddəs mətnlərdə düzgün olaraq buyurulmuşdur ki, çox yemək pisliklərin atasıdır. Mədəsini dolduran şəxs heç vaxt sağlam ola bilməz. Deyilənlər İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) “Oruc tutun ki, sağlam olasınız” hədisini bir daha təsdiqləyir.

Bir sözlə, orucun tibbi baxımdan insan orqanizmi üçün nə qədər faydalı olduğu göz qabağındadır. Bütün bunları sadalamaqda məqsədimiz diqqətinizi ancaq orucun dünyəvi faydalarına yönəltməklə onun əsl mahiyyətindən, ilahi fəlsəfəsindən uzaqlaşdırmaq deyil, əslində ilahi hikmətə söykəndiyini vurğulamaqdır. Həqiqətən də, insanların əməllərinin necəliyi ilə bağlı İlahi göstərişlərdə bir hikmətlilik vardır. Ola bilər, biz bu hikməti anlayaq, ola bilər yox. Lakin biz müsəlmanlar ona arxayınıq ki, Allah-Təala namaz qılmaq, oruc tutmaq və s. kimi əməlləri əbəs yerə vacib buyurmayıb. Çünki bu yol insanı kamala və səadətə çatdıran yeganə yoldur.

“Din.az” Britaniyalı araşdırmaçı Norin Kastemin araşdırmasını videoda təqdim edir:

MÜZAKİRƏ

1 şərh Orucun həzm sisteminə təsiri çoxdur – VİDEO üçün

  1. Vadar dedi:

    Video bazar haqqındadır axı!

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...