Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Orxan Camalı dəfn edə bilmirlər – Səbəbi

Yekun rəyi yük təyyarəsində itirdilər …

Mərkəzi Afrika Respublikasında öldürülmüş rusiyalı jurnalist Orxan Camalı dəfn edə bilmirlər.

Din.az bildirir ki, buna səbəb Rusiyanın MAR-dakı konsulu tərəfindən jurnalistin ölümü ilə bağlı imzaladığı yekun rəyin itirilməsidir. Bu haqda Orxanın jurnalist dostu Maksim Şevçenko “Facebook” səhifəsində yazıb. O bildirib ki, yekun rəy olmadan dəfn gerçəkləşə bilməz. Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münasibət bildirib:

“Düşünürəm ki, yekun rəyi yük təyyarəsində itiriblər. Həmin sənəd olmadan isə dəfn mümkün deyil. Rusiyanın MAR-dakı səfirliyi, İstintaq komitəsi və Xarici İşlər Nazirliyi sənədin bərpasına çalışır”. / Qafqazinfo

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...