Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Osmanlı bu adanın fəthində 70 min şəhid verdi – Tatar

“Şərqi Aralıq dənizində millətimizin gələcəyi baxımından çox mühüm bir mövqe tutduq”.

45 il sonra baxırıq ki, Şimali Kipr Türkiyənin təhlükəsizliyi üçün də son dərəcə əhəmiyyətli bir dövlət olaraq ortaya çıxıb. Tarix bunu heç vaxt silə bilməz.

Din.az xəbər verir ki, bunu Şimali Kiprin Baş naziri Ərsin Tatar bildirib.

“Kiprə gəlib mesaj verən Yunanıstanın Baş naziri Kiriakos Miçotakisə müraciət edirəm. Türk milləti arxamızdadır. İstədiyiniz qədər danışın. Çox çətin günlər keçirdik. Hamı ilə birlikdə çalışmışıq. Çünki biz Türkiyəyə güvənmişik, Türkiyə də bizə güvənib. Nəhayət, 45 il sonra Aralıq dənizində bir dövlət… Şərqi Aralıq dənizində millətimizin gələcəyi baxımından çox mühüm bir mövqe tutduq”, – Tatar söyləyib.

Osmanlının Kiprin fəthində 70 min şəhid verdiyini qeyd edən Tatar ana vətəndən çox şey gözlədiklərini qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...