Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Osmanlı ilə tarixi sövdələşmə: QÜDSÜ VER, əvəzində …  – VİDEO

Osmanlı sultanı II Əbdülhəmidin dönəmində Qüds ətrafında baş verən siyasi proseslər …

ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarından sonra dünya ictimaiyyətinin diqqəti yenidən İsrail-Fələstin münaqişəsinə yönəlib.

Məhz Türkiyənin ardıcıl səyləri nəticəsində əvvəlcə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), daha sonra isə BMT Trampın Qüdsü paytaxt elan etməsinə qarşı çıxdı və müvafiq qətnamə qəbul edildi. Ümumilikdə isə baş verən bu proseslər fonunda Qüds şəhərinin tarixi ilə maraqlananların sayı daha da artdı, bu müqəddəs məkana kimlərin haqqı olması yenidən müzakirə obyektinə çevrildi.

Türkiyənin “Qara Qutu” adlı Yutub kanalının paylaşdığı videoda Osmanlı sultanı II Əbdülhəmidin dönəmində Qüds ətrafında baş verən siyasi proseslərdən danışılır. Hətta deyilənə görə, alman imperatoru II Vilhelm Fələstini, o cümlədən Qüds torpaqlarını güzəştə getməsi müqabilində Osmanlının bütün xarici borclarını siləcəyini Əbdülhəmidə bildirmişdi.

Din.az bildirir ki, Axar.az baş verən tarixi təklifin detalları ilə bağlı ətraflı məlumat almaq istəyənlər üçün video-materialı təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...