Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ötən il Azərbaycanda 52 dini icma dövlət qeydiyyatından keçib

Qeydiyyata alınmış dini icmaların ümumi sayı 644-ə çatıb

“Dini icmaların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində ötən il 52 dini icma dövlət qeydiyyatından keçib”.

“Din.az”ın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ildəki hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, onlardan 49-u islam, 3-ü qeyri-islam təmayüllü dini icmadır.

“Qeydiyyata alınmış dini icmaların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini icmalardan 620-i islam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-i yəhudi, 2-i bəhai və 1-i krişna şüuru dini icmasıdır” – deyə, hesabatda bildirilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...