Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ötən il dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

Radikallığı təbliğ edən vasitələrin qarşısı qətiyyətlə alınır.

“Keçən il ərzində Azərbaycanda, ümumilikdə, 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılıb”.

Din.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov qurumun 2017-ci ilin yekunlarına həsr olunan müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb: “Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilən 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib”.

Şöbə müdiri qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilən 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal olunduğu müəyyən edilib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...