Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
ozbekistan

Özbəkistanda Ramazanla bağlı QADAĞA – VİDEO

Share Button

“Biz xalqa izah etməyə çalışırıq ki, bunun insnalara heç bir faydası yoxdur”

Özbəkistanda kafe, restoran və məscidlərdə iftar süfrəsinin açılması qadağan edilib.

Ölkənin müsəlman idarəsinin sədr müavini Şeyx Əbdüləziz Mənsur bildirib ki, qadağa dövlət siyasəti ilə bağlı deyil. Onun sözlərinə görə qərar İslamın tarixi nəzərə alınaraq qəbul edilib.

“İnsanlar tarixən Məkkədə iftar açıblar, çünki onların öz evləri olmayıb. Amma bizim vətəndaşlarımızın öz evləri var. İftar süfrəsi əvvəl qayğıya ehtiyacı olan, aclıq çəkən insanlar üçün təşkil edilirdi. İndi iftar təntənəyə çevrilib. Biz xalqa izah etməyə çalışırıq ki, bunun insnalara heç bir faydası yoxdur”, – deyə şeyx bildirib.

Obyekt sahibləri isə hesab edir ki, insanlar üçün restoranlarda iftar daha rahatdır.

Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov ötən il də eyni qadağanı tətbiq edib.

“Din.az” videoxəbəri təqdim edir:

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top