Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ozon təbəqəsindəki dəlik kiçilməyə başlayıb

Ozon təbəqəsi üçün zərərli olan qazların istehsalı azaldılıb

Elm adamları Ozon təbəqəsində, Antarktika üzərində yaşanan incəlmənin azalmağa başaldığına dair ilk dəqiq dəlillərə çatdığını açıqlayıb.

2015-ci ilin sentyabr ayında aparılan hesablamalarda Ozon təbəqəsindəki dəliyin 2000-ci illə müqayisədə 4 milyon kv.km azaldığı müşahidə edilib. Bu isə təxmini olaraq Hindistanın sahəsinə bərabir bir ölçüdür.

“Din.az” BBC-yə istinadən xəbər verir ki, dəlikdəki daralmanın ən azından yarısının, ozona zərərli kimyəvi maddələrin istifadəsinin mərhələli olaraq azaldılması sayəsində reallaşdığı düşünülür.

Dəliyin xüsusilə Antarktida qitəsi üzərində meydana gəlməsinin səbəbi isə həddindən artıq soyuq havanın və bölgəyə düşən günəş şüalarının intensivliyi idi.

İngilis elm adamları Antarktidanın təxminən 10 kilometr üzərindəki Ozon təbəqəsinin diqqətə çarpan şəkildə nazildiyini ilk olaraq 1980-ci illərin ortalarında müşahidə etmişdilər. 1986-cı ildə amerikalı araşdırmaçı Susan Solomon, kloroflorokarbon (CFC) qazlarının ozon təbəqəsinə zərər verdiyini sübut etmişdi. Bu qazlar isə saç spreylərindən soyuduculara və kondisionerlərə qədər bir çox yerlərdə istifadə olunur. 1987-ci ildə imzalanan Monreal protokoluna görə, CFC qazlarının istifadəsinə qatı şəkildə tədbirlər alınmışdı.

2000-ci ildən etibarən bu qazların istehsalı ciddi şəkildə aşağı düşdü. Lakin CFC qazlarının atmosferdə 50-100 il qaldığı təxmin edilir. Hal-hazırda atmosferdə olan CFC qazlarının zamanla yox olması ozon təbəqəsindəki dəliyin daha da azalacağını təxmin edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...