Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ÖZÜMÜZƏ QAYIDAQ

“Daim möhkəm olan din budur. Lakin insanların çoxu bilmirlər” (“Rum” surəsi, 30).

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Özümüzə qayıtmaq üçün nəfsimizdəki çirkinliklərdən və paslardan təmizlənməli, ruhumuza təmiz hava qəbul etməliyik. Bunun yolu, Allahın bizə yaradılışımızdan verdiyi fitrət (yaradılış) dininə qayıtmaqdır:

“Beləliklə, sən, batil olan hər şeydən uzaqlaşaraq üzünü (özünü) qətiyyətli şəkildə (haqq olan) dinə çevir və Allahın insana verdiyi fitrətə uyğun davran ki, Allahın yaratdığında hər hansı qüsur baş verməsin. Belə ki, daim möhkəm olan din budur. Lakin insanların çoxu bilmirlər”. (“Rum” surəsi, 30)

Həqiqi mənada Allaha yönəlmək istəyiriksə, həyatımızı rəngarəng etmək üçün Allahın dininə sarılmalıyıq. Biz nəfsimizə zülm edərək özümüzdən uzaqlaşdıqca ruhumuzun rəngləri də solmaya başlayır. Ruhumuzun solan rənglərini dünyanın süni rənglərilə boyamağa çalışırıq. Lakin ruhumuz süni boyaları qəbul etmir. Süni rənglər ruhumuzun gözlüklərini tutar, ruhumuz daralar. Bu əsnada bədən kənarda ani sevinc hissi yaşayır. Halbuki insan öz əliylə daxili aləmini qaraldır. İnsan Allahın dinini əsas götürməilidir. Bizi Allah yaratdığına görə Allahdan daha gözəl heç kim rəng verə bilməz:

“Bəli, həqiqətən kim mənliyini (özünü) Allaha təslim edib yaxşılıq edənlərdən olsa, Rəbbi dərgahında mükafatını görəcəkdir. Belə insanlar nə qorxacaq, nə də üzüləcəklər” («Bəqərə» surəsi, 112).

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...