Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PA-nın rəsmisi: “Müəyyən qüvvələr Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsinə cəhd ediblər”

“Zaman-zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub”.

“Bu gün bir çox müsəlman ölkələrinin problemlərinin kökündə xarici təsirlər dayanır”.

Din.az“Report”a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, tarixən hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və ölkədə problemlərin yaradılmasına cəhd edilib.

PA rəsmisi qeyd edib ki, zaman-zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub: “Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə olunub, ancaq dövlətin, Prezidentin həyata keçirdiyi uğurlu siyasət sayəsində bu gün biz dini sahədə irəliləyişlərə nail olmuşuq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...