Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

PA rəsmisi: Azəbaycan İslam ənənələrinin qorunduğu ölkələrdən biridir

“Əsrlər boyu Azərbaycanda multikultural düşüncə tərzi hakim olub”.

Bu gün Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə 2017-ci il – “İslam Həmrəyliyi ili” və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mövzusunda konfrans keçirilib.

“Din.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Azərbaycanın “Bakı – 2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşdığını bildirib: “2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib. Azərbaycanda İslam dəyərləri geniş yayılıb. Əsrlər boyu Azərbaycanda multikultural düşüncə tərzi hakim olub”.

PA rəsmisi qeyd edib ki, Azərbaycanda məzhəblər arasında təfriqə salmaq istəyən qüvvələr buna nail ola bilməyiblər: “Bu cür halların Azərbaycanda olması mümkün də deyil. Bəzən eyni dinin ayrı-ayrı məzhəblərinin düşmənçilik etdiklərini görürük. Amma Azərbaycanda bu cür hallar baş vermir. Ölkəmiz bu sahədə bütün dünyaya nümunədir. İslam dünyasının bu amilə ehtiyacı var”.

O, bəzi qüvvələrin İslam dinini terrorçuluqla eyniləşdirməyə çalışdığını bildirib: “Buna görə də bu gün İslam dünyasının həmrəyliyə ehtiyacı var. Azərbaycan müstəqil olduqdan sonra dini sahəyə diqqət və qayğı artıb. Bu müddət ərzində xeyli məscid tikilib, bərpa olunub. Yəni dövlət tərəfindən hər bir şərait yaradılıb. Birmənalı şəkildə demək olar ki, Azəbaycan İslam ənənələrinin qorunduğu ölkələrdən biridir. Ölkəmiz İslam ölkələri ilə eyni mövqedən çıxış edir”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının işıqlandırılması üçün 100-dən artıq yerli və xarici mətbuat orqanı Azərbaycan XİN-ə müraciət edib, onların əksəriyyəti akkreditasiyadan keçirilib.

H.Hacıyev bildirib ki, XİN IV İslam Həmrəyliyi Oyunları ilə bağlı üzərinə düşən işləri görür: “Burada əsas iş viza məsələsidir. Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşlər ölkəyə vizasız gələ biləcəklər”.

XİN sözçüsü qeyd edib ki, bu il Azərbaycanın İslam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur: “Müstəqillik əldə etdkdən sonra ölkəmiz İslam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı, bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmənalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələrin göstəricisidir”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə bildirib ki, Azərbaycanın bu cür Oyunları təşkil etmək təcrübəsi var:

“Birinci Avropa Oyunlarının keçirilməsi bir sınaq idi, Azərbaycan bu sınaqdan uğurla çıxdı. Qarşıda Bakı-2017 İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bu, Prezdent İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın da diqqət mərkəzindədir. Azərbaycan bu Oyunlara hazırdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...