Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PA rəsmisi: Azərbaycanda yaşayan qeyri-müsəlmanların dini bayramları yüksək səviyyədə qeyd olunur

“Bəzi təşkilatlar müsəlmanların qeyd etdiyi bayramlara, xüsusilə Qurban bayramına kölgə salırlar”.

Təəccüblü görünmür ki, islam dünyasının bayram edəcəyi günlər ərəfəsində müəyyən şüarlar səslənir, özünü heyvanların müdafiəçisi kimi təqdim edən təşkilatlar müsəlmanların qeyd etdiyi bayramlara, xüsusilə Qurban bayramına kölgə salaraq guya burada kütləvi heyvan kəsimi ilə heyvanların hüquqlarının tapdalandığını bildirirlər.

Din.az bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bütün bunların islama qarşı qısqanc yanaşma olduğu bəllidir: “Bunlar islamın mütərəqqi ideyalarının yayılmasına qarşı aparılan aksiyalardır. Biz də müsəlman ölkəsi olaraq, bu məsələdə öz ayıq-sayıqlığımızı qoruyuruq və belə addımlara qarşı sivil qaydada adekvat cavab verməyə çalışmalıyıq”.

Ə.Zülfüqarov bildirib ki, Azərbaycanda müsəlmanlarla yanaşı, qeyri-müsəlmanların da dini bayramları xüsusi təntənə ilə qeyd olunur: “Dövlət tərəfindən həmin bayramların keçirilməsi üçün lazımi şərait yaradılır. Azərbaycanda yaşayan qeyri-müsəlmanların dini bayramları yüksək səviyyədə keçirilir”. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...