Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Pakistan azərbaycanlı tələbələrə pulsuz təhsil şansı verir: “Amma əvvəlcə düşünsünlər”

Pakistan İslam Respublikasında xüsusi təqaüd ayrılıb.

Son illərdə xaricdə təhsil təqaüd proqramları gənclərin əsas diqqət mərkəzindədir.

Belə proqramlar vasitəsilə müxtəlif ölkələrdə təhsil alan tələbələrin müəyyən xərcləri qarşılanır.

Bu təqaüd proqramlarından biri də Pakistan İslam Respublikasının İslamabad COMSATS Universitetində 2019-2020-ci tədris il üzrə ayrılıb.

Maraqlıdır, görəsən, oxumaq üçün adətən, ABŞ və Avropaya maraqlı olan gənclərimiz orada təhsil almaqla Azərbaycan təhsilinə nə qazandıra bilərlər?

Din.az bildirir ki, AzEdu.az bununla bağlı mütəxəssislərin fikrini öyrənib:

Xaricdə təhsil məsələləri üzrə mütəxəssis Həsən Əliyev bildirib ki, Pakistan dövlətinin 2025-ci ildə təhsil hədəflərinə əsasən ölkədə oxuyan əcnəbi tələbələrin sayını yüksəltməyi hədəfləyir:

“Pakistanın gələcəkdə təhsil ölkəsi olmaq, xüsusilə Banqladeş və monqolustanlı tələbələri cəlb etmək məqsədləri var.

Pakistan bu siyahıya Azərbaycanla dostluq münasibətlərini genişləndirmək üçün ölkəmizi də əlavə etdiyini düşünürəm.

Hazırda İslamabad şəhərində yerləşən COMSATS universitetində magistratura və doktorantura pilləsi üzrə pulsuz təhsil və yaşayış imkanları var.

Magistratura pilləsi üzrə təhsil 1,5 və ya 2 il nəzərdə tutulub bəzi proqramlarda isə 2,5 ildir. Universitet ölkədə əsasən tibbi sahəsi üzrə güclü araşdırmaları ilə seçilir. Xüsusilə genetika, mikrobiologiya sahələrini qeyd etmək olar”.

Ekspert vurğulayıb ki, tələbələr Pakistanda oxumağa qərar vermədən öncə ölkənin yaşayış şəraiti və sosial imkanlarını da dəyərləndirmələrini məsləhət görərdim.

“Pakistan Avropa ölkəsi deyil, tələbələr orada təhsil almalarının nə dərəcədə düzgün olduğuna qərar versinlər. Onu da qeyd edim ki, Pakistanın azərbaycanlılara münasibəti olduqca yaxşı və dost- canlıdır. Orada yaşadıqları zaman digər xarici tələbələrdən daha çox müsbət reaksiyanı görəcəklər”.

Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev açıqlaması zamanı bildirib ki, xaricdə təhsil almaq tələbələrin dünyagörüşünün inkişafına müsbət təsir göstərir:

“Xaricdə oxumaq tələbənin dünyagörüşünü inkişaf etdirməsi baxımından yaxşı seçimdir. Bu ölkə Pakistan olsa belə… Pakistanda tələbələrin mühəndislik, tibb üzrə ixtisaslarda təhsil alması gələcəkdə onlar üçün böyük faydası ola bilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...