"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
50620

Pakistanda cinsi azlıqların nikahı ilə bağlı fətva verildi

Share Button

Pakistanda transgenderlər rəsmi şəkildə “üçüncü cins” olaraq tanınıblar

Pakistanda transgenderlərin nikahı ilə bağlı fətva verilib.

“Din.az” bildirir ki, “ölkə.az” Pakistanın “Dawn” portalına istinadən xəbər verir ki, yeni fətvaya əsasən, əgər homoseksualın hər iki cinsə dair açıq əlamətləri varsa, o nikaha girə bilməz. Əgər homoseksual şəxsdə iki cinsdən birinə meyillilik daha çoxdursa, o, əks cinsin nümayəndəsi ilə evlənməlidir.

Həmçinin, sənədə əsasən, transgender oluğuna görə övladını mirasından məhrum edən valideynlər qınanırlar. Fətva transgenderləri təhqir etməyi və alçatmağı qəti şəkildə qadağan edir. Fətvaya əsasən, ölən homoseksual da digər müsəlmanlara uyğun adət və ənənələrlə basdırılmalıdır.

Pakistanda transgenderlər 2009-cu ildə rəsmi şəkildə “üçüncü cins” olaraq tanınıblar. Ölkədə müntəzəm olaraq transgenderlərə qarşı hücumlar baş verir. Bu yaxınlarda Aleş adlı yaralı homoseksual gənc xəstəxanada qanaxma nəticəsində ölmüşdü. Həkimlər onun qadın yoxsa kişi palatasına yerləşdirilməsinə qərar verə bilməmişdilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top