Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

PAKİSTANDA DƏHŞƏTLİ PARTLAYIŞ! MƏSCİD HƏDƏF ALINDI

Terrorçular cümə namazı zamanı məscidi hədəf aldılar.

Son aylarda tez-tez partlayışların baş verdiyi Pakistanda bu gün daha şiddətli partlayış baş verib.

“Din.az” xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən və Əfqanıstanla sərhəddə yerləşən Paraşinarda yaşanıb. Terrorçular cümə namazı zamanı məscidi hədəf alıb. Partlayış zamanı 11 nəfər dünyasını dəyişib.

Cəhənnəmə dönən partlayış zonasında hərbi helikopter yaralıları xəstəxanalara daşıyıb. Ən az 60 nəfər yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...