Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Pakistanda dini cəmiyyətin rəhbəri məşhur alim qətlə yetirildi

Məşhur din alimi bıçaqlanaraq öldürülüb.

Qətlini indiyə qədər heç bir qruplaşma öz üzərinə götürməyib.

Din.az xəbər verir ki, Pakistanda din alimi, alim heyətinin rəhbəri, “Həqqaniyə” elmi hövzəsinin rəisi sui-qəsd nəticəsində qətlə yetirilib.

Məlumatı alimin oğlu verib. Onun dediyinə görə atası evdə tək olduğu zaman naməlum şəxslər evə daxil olmuş, buçaq zərbələri ilə onu qətlə yetirmişlər.

Qətlə yetirilən alim Movulana Səmiul-Haq, Əhli-sünnə məzhəbinə məxsus “Hənəfi” təriqətinin alimlərindəndir. Vəhhabiyyətlə qəti müxalif olan şəxslərdən idi.

Qətlini indiyə qədər heç bir qruplaşma öz üzərinə götürməyib. / “İslaminSesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...