Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Pakistanda məsciddə partlayış olub, ölənlər var – FOTO – VİDEO

Cümə namazı zamanı terror aktı törədilib.

Pakistanın Baloçistan əyaləti mərkəzi Quetta şəhərinin Paştunabad qəsəbəsindəki Rəhmaniyə məscidində güclü partlayış nəticəsində imam da daxil olmaqla azı 2 nəfər ölüb, 15-dək insan yaralanıb.

Din.az xəbər verir ki, Quetta Mülki Xəstəxanasına çatdırılan yaralananların 3-ü daha ağır vəziyyətdədir.

Məscid rəhbərliyi partlayışın günorta vaxtı 30-40 dindarın iştirak etdiyi cümə namazı zamanı baş verdiyini bildirib.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, araşdırma aparılır.

AP xəbər verir ki, bölgədə fəaliyyət göstərən silahlı dəstələrdə heç biri hələlik bu hücumun məsuliyyətini üzərinə götürməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...