Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Pakistanda məsciddə terror aktı törədilib, 4 nəfər ölüb

Partlayış nəticəsində məscidin imamı həlak oldu.

Pakistanın cənub-qərbində Kvetta şəhərindən 25 km məsafədə yerləşən məsciddə terror aktı törədilib.

Din.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb.

Partlayış nəticəsində məscidin imamı da həlak olub.

Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.

Polis yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu üçün ölənlərin sayının artacağını istisna etməyib. /APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...