Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Pakistanda Müsəlman Birliyi birinci oldu

Müsəlman Birliyi 32 yerin sahibinə çevrilib…

Kəşmirin Pakistanın nəzarətində olan ərazisində keçirilən seçkilərdə baş nazir Navaz Şərifin liderliyində olan Pakistan Müsəlman Birliyi partiyası birinci olub.

Seçkilərdə yarışan Xalqın Partiyası məsclidə bir, Tahreeki İnsaf partiyası isə iki kürsü də yer alıb.

“Din.az” xəbər verir ki, yerli mediada yayımlanan xəbərlərə görə, Azad Cammu və Kəşmir Yasama Məclisinin üzvlərini müəyyən etmək üçün keçirilən seçkilərin rəsmi olmayan nəticələrinə görə, Pakistan Müsəlman Birliyinin 41 oturacaqdan 32-sini qazandığı bildirilib.

Pakistan Müsəlman Birliyinin bölgədə hökuməti qurma səlahiyyətinə sahib olması gözlənilərkən, seçkilərdə yarışan Xalqın Partiyasının məsclidə 1, Tehreeki-İnsafın 2 kürsüyə sahibləndiyi bildirilib.

fft99_mf6069391

Pakistanın baş naziri Navaz Şərif, Kəşmirdə qazanan namizədləri təbrik edərək sülh və şəffaf seçkilərin ölkədə demokratiyanın mövcudluğunu sübut etdiyini söyləyib.

İyulun 23-də Muzafferabada ziyarət etməsi gözlənilən Şərif, qalib gələn namizədlərin “Kəşmirin Hindistanın işğal altındakı seqmenti” üçün mübarizə etmələrini ümid etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, İngiltərənin asıllılığından qurtulan Hindistan və Pakistan arasında 1947-ci ildən bu yana müzakirə mövzusu olan Kəşmirdə 70 min insan dünyasını itirib. Cammu Kəşmirdəki dirəniş qrupları 1989-cu ildən bugünə qədər müstəqillik uğrunda və ya Pakistana qoşulmaq üçün etirazlar edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...