"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
_57455114_jex_1270970_de33-1

Pakistandakı “İslam dini” qadını döymək üçün qanun çıxartdı

Share Button

Pakistanın İslam İdeologiyası Şurası qadınların müdafiəsi ilə bağlı öz qanun layihəsini təqdim edib. “Din.az” bildirir […]

Pakistanın İslam İdeologiyası Şurası qadınların müdafiəsi ilə bağlı öz qanun layihəsini təqdim edib.

“Din.az” bildirir ki, layihədə qadının ərinə açıq itaətsizlik göstərdiyi təqdirdə onu yüngül döymək tövsiyyə olunur.

Yeni təklifə görə, fiziki güc tətbiqi üçün əsas kimi həyat yoldaşının göstərişlərini yerinə yetirməmək, onun arzuladığı kimi geyinməmək və dini izahı olmadan cinsi əlaqəyə girməkdən imtina etmək göstərilir.

İlahiyyətçilərin fikrincə, qadını həmçinin hicab geyinməyəndə, naməlum şəxslərlə danışanda, yüksək səslə danışanda və ərinin razılığı olmadan digər şəxslərə pul verəndə döymək olar.

Sənəddə həmçinin, qadınlar üçün bir sıra sosial məhdudiyyətlət təklif olunur – ibtidai təhsildən sonra kişilərlə birgə təhsil almağa qadağa, hərbi münaqişələrdə iştirak etmək qadağası, xarici nümayəndə heyətlərini qəbul etmək qadağası. Qadın həkimlərə kişi xəstələri müayinə etməyə icazə verilmir. Həmçinin qadın cinsinin nümayəndələrinə reklam çarxlarında çəkilmək qadağan olunur.

Müəlliflər hesab edirlər ki, 120 gündən sonra abort qətl kimi qiymətləndirilməlidir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top