Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Papa bütün dünyanı köməyə çağırdı

Roma Papası Fransisk nə üçün dua etdi?

Roma Papası Fransisk Amazonda baş verən meşə yanğınlarının sönməsi üçün hər kəsi dua etməyə çağırıb.

Din.az xəbər verir ki, Papa bu barədə bazar günü keçirilən ənənəvi dua mərasimi zamanı deyib.

“Biz Amazon meşələrini əhatə edən yanğınlardan narahatıq və dua edirik ki, birlikdə edilən yardımlar sayəsində söndürülsün. Bu “yaşıl ağciyərlər” bütün planet üçün həyati əhəmiyyət daşıyır”, – Papa qeyd edib.

Qeyd edək ki, uzun müddətdir Amazon meşələrində irimiqyaslı yanğınlar davam edir. Braziliya Kosmik Araşdırmalar üzrə Milli Agentliyinin məlumatına görə, yanvardan avqusta qədər yanğınlar 1.8 milyon hektar meşə sahəsini məhv edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...