Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Papa çalışır ki, daha çox adam xristianlığa meyl etsin…”

“Roma Papasının Bakı səfərindən nəsə gözləməyə dəyməz…”

 

Roma Papası Fransiskin Azərbaycana səfər proqramı açıqlanıb. Papa ölkəmizə oktyabrın 2-də Gürcüstandan gələcək. Papanın Bakıya səfəri Müqəddəs Məryəm katolik kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısı Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Xatırladaq ki, Roma Papasının Ermənistanda səfərdə olarkən qondarma erməni soyqırımı haqqında işlədiyi ifadələr ölkə ictimaiyyətinin etirazına səbəb olmuşdu. Bundan əlavə Dağlıq Qarabağ münaqişəsi və kəlbəcərli girovlarla bağlı da Papaya müraciət edilmişdi. Amma Vatikan liderindən gözləntilər özünü doğrultmadı. Bu səbəbdən onun Bakı səfəri xüsusi maraqla gözlənilir.

1448055333_maxresdefault6“Din.az” xəbər verir ki, Roma Papasının Azərbaycana səfərini şərh edən ilahiyyatçı-alim Elşad Miri “Şərq”ə açıqlamasında deyib ki, Fransiskin bütün səfərləri əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir. Ekspertə görə, Vatikan liderinin əsas məqsədi xristianlıq dinini yaymaq və mötəbər etməkdir: “Papa çalışır ki, daha çox adam xristianlığa meyl etsin, bu dinə rəğbət göstərsin və katolik məzhəbini dünya gündəminə ötürsün. Bu səfərlər bizim üçün əhəmiyyət kəsb etmir. Çünki cırtdan dövlət hesab olunan Vatikanla Azərbaycanı hansısa strateji maraqlar birləşdirmir, əməkdaşlığımız, iqtisadi və hərbi müqavilələrimiz yoxdur. Papanın Fənər Rum Patrikxanası ilə görüşü, erməni Qriqoryan kilsəsinə baş çəkməsi, provaslavlarla əlaqə qurması xristianlıqdakı bölücü məzhəb məsələlərini müəyyən qədər yumşaltmağa yönəlib. Bu da xristianlığın möhkəmlənməsinə təkan vermək üçün edilir”. Ekspertə görə, Papanın xristian təəssübkeşliyi açıq-aşkar hiss olunur: “Vatikan gizlətmədən missionerlik fəaliyyəti ilə məşğul olur. Əvvəlki Papa II İohan Pavelin Azərbaycana səfərindən qabaq ölkəmizdə vur-tut 50 katolik var idi. Amma sonrakı dövrlərdə katoliklərin və xristianların sayı mini keçdi. Azərbaycanda “Məryəm Ana” kilsəsi inşa edildi və s. Müsəlmanlar şiə-sünni adı altında bir-birini qırırlar, xristianlar isə əksinə daha da möhkəmlənirlər. Roma Papasının Ermənistanda səfərdə olarkən qondarma soyqırım abidəsini ziyarət etməsi, ermənilərin lehinə çıxışlar etməsi, Dağlıq Qarabağa “balaca torpaq” deməsi göstərir ki, Fransiskin Azərbaycan üçün heç bir müsbət düşüncəsi yoxdur. Əvvəlcə Ermənistana, sonra Gürcüstana, ardınca isə Azərbaycana səfər etmək isə məncə hansısa gizli planın tərkib hissəsidir”.

seyid 5444Şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycan dünyəvi və tolerant ölkədir. Ölkəmizdə bütün dinlərə, etiqadlara dözümlü yanaşma mövcuddur: “Katolik dünyasının başında duran bir şəxsin Azərbaycana səfər etməsi tolerantlıq nümunəsi baxımından önəmlidir. Əlbəttə, Papa burada səfərdə olarkən onun diqqətinə Dağlıq Qarabağla yanaşı bir sıra mühüm məsələlər çatdırıla bilər. Amma düşünmürəm ki, bunun hansısa müsbət nəticəsi olacaq. Məncə, Papadan nəsə gözləməyə dəyməz. Fransisk bizim həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmayacaq. Çünki onun Ermənistanda etdiyi çıxışlar konkret erməni təəssübkeşliyinin və xristianlığa bağlılığın təzahürüdür. Ona görə də səfərdən müsbət gözləntim yoxdur”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...